Bu, müharibəyə qoşulmaqdır, Rusiya xəbərdarlıq etdi

Bu, müharibəyə qoşulmaqdır, Rusiya mənə xəbərdarlıq etdi
Rusiya üçün Ukrayna F-16 qırıcılarının NATO bazalarından uçması "qırmızı xətt"dir və bu, Rusiya ilə açıq toqquşmaya gətirib çıxaracaq.
Aktual.az xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Lubos Blaqa bildirib.
"Rusiya səfiri mənə vacib bir məsələ ilə bağlı məlumat verdi. Rusiya tərəfinin fikrincə, bəzi Qərb ölkələri Ukraynadakı müharibəyə birbaşa qoşulmaq niyyətindədirlər, onlar döyüşlərə qatılacaq Ukrayna F-16 qırıcıları üçün öz aerodromlarını verəcəklər. Rusiya üçün bu, "qırmızı xətt"dir və onlar xəbərdarlıq edirlər ki, əgər söhbət açıq münaqişədən gedərsə, eskalasiya III Dünya müharibəsinə gətirib çıxara bilər", - Blaqa qeyd edib.
Tarix: 14-12-2023, 10:07
Xəbəri paylaş





Xəbər lenti