Qəzzada qırğına etiraz edən yəhudi fəallar Los-Anceles şosesini bağladılar...-FOTOLAR

Qəzzada qırğına etiraz edən yəhudi fəallar Los-Anceles şosesini bağladılar...-FOTOLAR
Çərşənbə günü, dekabrın 13-də "IfNotNow" təşkilatının bir qrup yəhudi fəalı Qəzza zolağında dərhal atəşkəs tələbi ilə Los-Ancelesdəki (Kaliforniya, ABŞ) 110-cu şoseni bağlayıb. 
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu haqda "Los Angeles Times" məlumat yayıb.
Qeyd edilir ki, yolda çox kilometrlik tıxac yaranıb.

Etirazçılar əl-ələ tutub oturublar. Ayrılıqda bir cütlük yəhudi rəmzi olan yeddi budaqlı böyük bir şamdanın yanında əyləşib. Fəallar şüarlar səsləndirib, ivrit dilində mahnılar oxuyub, sürücülərin hiddətli qışqırıqlarına əhəmiyyət verməyiblər.
Tədbir 75 etirazçının həbsi ilə başa çatıb.
 
"IfNotNow" Fələstin tərəfdarlarının sürücülərdən üzr istədikləri və Qəzzalıların əzablarına diqqət yetirmək üçün magistral yolları bağlamaqdan başqa bir yol görmədiklərini əks etdirən bəyanatı yayılıb.
 
"Biz başqa hər şeyi sınadıq. Zəng etdik, yürüş etdik, mahnı oxuduq, dua etdik. Biz məktublar yazdıq və ofisləri ziyarət etdik Bununla belə, Prezident Bayden kimi siyasətçilər müqaavimət göstərməkdə davam edirlər. İsrail isə minlərlə günahsız qəzzalını öldürməkdə davam edir. Bəsdir. Biz daha bir gün gözləyə bilmərik", -deyə "IfNotNow"un sözçüsü Noa Kattler-Kupets bildirib.
 
Qeyd edək ki, “IfNotNow” – 2014-cü ildə ABŞ-da yaraıdlmış İsrailin İordan çayının qərb sahili və Qəzza zolağının işğalına qarşı çıxan Amerika yəhudi qrupudur... 
 
“IfNotNow” adı 1-ci əsrdə yaşamış yəhudi müdrik Hillel Ze Elderin deyimindən irəli gəlir : "Mən özüm üçün deyiləmsə, mənim üçün kim olacaq? Özüm üçün olsam, "mən" nədir? İndi deyilsə, nə vaxt? " 
Tarix: 14-12-2023, 10:11
Xəbəri paylaş





Xəbər lenti