Odessa atəşə tutuldu

Hadisə yerində üçü uşaq olmaqla 11 nəfər xəsarət alıb
Bu gün gecə saatlarında Ukraynanın Odessa vilayəti atəşə tutulub. AYNA xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Qeyd olunub ki, nəticədə binalara ziyan dəyib, yanğınlar başlayıb, Sakinlər xəsarət alıblar.
Xilasedicilər qeyd ediblər ki, yanğın nəticəsində minik avtomobili və yardımçı tikili yanıb. Yaxınlıqdakı 11 binaya ziyan dəyib.
İlkin məlumata görə, hadisə yerində üçü uşaq olmaqla 11 nəfər xəsarət alıb.
Tarix: 14-12-2023, 13:11
Xəbəri paylaş





Xəbər lenti