ÜST Moskva ofisinin bağlanmasının səbəbini açıqlayıb


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə nəzarət ofisi bağlanıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.


Qebreyesus ofisin bağlanması barədə qərarın ÜST-yə üzv ölkələr tərəfindən verildiyini vurğulayıb.
Baş direktor ofisin bağlanmasını bu mərkəzin normal fəaliyyət göstərə bilməməsi ilə izah edib.
"Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması ofisinin bağlanması qərarını üzv ölkələr qəbul edib. Təbii ki, onların belə mandatı var. Qərarı onlar veriblər və biz də katiblik olaraq bunu dəstəkləmişik", -deyə baş direktor bildirib.
Tarix: 16-12-2023, 10:04
Xəbəri paylaş





Xəbər lenti