ABŞ HIMARS üçün yeni raketləri sınaqdan keçirib


ABŞ M142 HIMARS və M270 MLRS sistemləri üçün raketlərin təsnifat sınaqlarını uğurla həyata keçirib. Söhbət uzun mənzilli ER GMLRS raketlərindən gedir.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə HIMARS sistemlərinin istehsalçısı, eləcə də hərbi texnika və silahların satışında dünya lideri olan “Lockheed Martin” şirkəti məlumat yayıb. Qeyd olunur ki, sınaqlar son iki ildə davam etdirilib.
Sınaqlar Nyu-Meksikodakı “White Sands” Raket Poliqonunda (WSMR) aparılıb. Sınaqlarda alternativ və unitar başlıqlı raketlərdən istifadə edilib.
Tarix: 17-12-2023, 09:59
Xəbəri paylaş





Xəbər lenti