“ABŞ Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyin yolunu tapdığını deyir” – FT

yaponiyada onlayn g7 sammiti keçiriləcək
“Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması ilə bağlı danışıqları Ukraynanın xeyrinə aktivləşdirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilir ki, son həftələrdə Birləşmiş Ştatlar şəxsi danışıqlarda müsadirə məsələlərində getdikcə daha iddialı mövqe tutaraq, G7-nin iclaslarında bunu beynəlxalq hüquqa uyğun olaraq həyata keçirməyin bir yolunun olduğunu bildirib:
“Adının açıqlanmasını istəməyən bir məmurun sözlərinə görə, Vaşinqton hesab edir ki, aktivlərin müsadirəsi ilə bağlı qərar tez verilə bilər. Onun sözlərinə görə, bu məsələ G7 liderlərinin müharibənin ikinci ildönümünə təsadüf edən mümkün görüşündə müzakirə oluna bilər”
Nəşr qeyd edir ki, müsadirə ideyası Aİ və ABŞ daxilində siyasi fikir ayrılıqları fonunda daha fəal müzakirə olunmağa başlayıb.
Tarix: 17-12-2023, 10:39
Xəbəri paylaş





Xəbər lenti