İclasda 3 qumbara partladan ukraynalı deputat həbs olunub - FOTO

Ukrayna məhkəməsi qumbaraları partladan deputat Sergey Batrin barədə həbs qərarı verib
Ukraynanın Zakarpat vilayətinin məhkəməsi dekabrın 15-də Keretsk kənd şurasının iclası zamanı üç qumbara partlayan deputat Sergey Batrinı həbs edib. AYNA xəbər verir ki, bu barədə Zakarpat vilayətinin Ujqorod Rayon Məhkəməsinin “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Qeyd olunub ki, məhkəmə 54 yaşlı deputat barəsində zaminə buraxılmamaq şərti ilə həbs qətimkan tədbiri seçib.
Eyni zamanda, müdafiə tərəfi prokurorun şübhəlinin həbsə alınması ilə bağlı vəsatətinə etiraz etməyib.
Qeyd edək ki, partlayış zamanı Keretski kəndində kənd sovetinin iclasında 30 nəfər olub. Batrin iclasda çıxışı zamanı əsəblərinə hakim ola bilməyib və zala üç qumbara atıb. İlkin məlumatlara görə, 26 nəfər xəsarət alıb.
Tarix: 18-12-2023, 09:49
Xəbəri paylaş





Xəbər lenti