Patruşevin oğlu seçkiöncəsi “yumurta qıtlığının tənzimlənməsi” ilə meydana çıxdı...

Patruşevin oğlu seçkiöncəsi “yumurta qıtlığının tənzimlənməsi” ilə meydana çıxdı...
“Rusiyada bu vacib məhsulun qiymətini aşağı salmaq üçün nəzərdə tutulan idxal rüsumları olmadan Türkiyədən toyuq yumurtalarının ilk tədarükü iki-üç həftə ərzində gözlənilir”. 

Moderator.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev söyləyib.  
“Azərbaycandan yumurtalar bu həftə gəlməlidir. Hesab edirəm ki, demək olar, iki-üç həftədən sonra yumurta Türkiyədən müvafiq idxal rüsumu olmadan gələcək ki, bu da bizə qiymətləri tənzimləməyə imkan verəcək”, - deyə Patruşev bildirib. 
Nazirin sözlərinə görə, qışa yaxın Rusiyada yumurtanın qiyməti həmişə artır. Lakin o, ümid edir ki, Yeni ildən sonra qiymətlər azalmağa başlayacaq.
 
P.S. Xatırladırıq ki, Dmitri Patruşev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğludur. Və o, Putindən sonra hakimiyyətə hazırlanan real və potensial namizədlərdən biri kimi  dolayısıyla təbliğ edilir...
Görünür, prezident seçkiləri öncəsi ölkədə yoxsul xalq kütlələrini çox narahat edən yumurta qıtlığının və qiymətinin tənzimlənməsi Dimanın hakimiyyətə doğru atdığı ilk addımdır...
Tarix: 18-12-2023, 11:20
Xəbəri paylaş





Xəbər lenti