Zalujnının kabinetində dinləmə cihazları aşkarlanıb

Cihazları quraşdıranları müəyyən etmək mümkün olmayıb
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının kabinetində dinləmə cihazları tapılıb. AYNA bildirir ki, bu barədə “RBK Ukrayna” hərbi dairələrdəki mənbəyə istinadən xəbər yayıb.
Qeyd olunub ki, cihazlar naməlum elementlərdən hazırlanıb və bu səbəbdən quraşdıranları müəyyən etmək mümkün olmayıb.
"Dinləmə cihazları binada axtarış aparılarkən aşkar edilib", - mənbə bildirib.
Tarix: 18-12-2023, 11:21
Xəbəri paylaş





Xəbər lenti