“Zalujnı ilə işi davam etdirməyi planlaşdırıram” – Zelenskidən şayiələrə cavab


“Mənim Zalujnı ilə iş münasibətim var, o, baş komandan kimi döyüş meydanındakı nəticəyə görə cavabdeh olmalıdır”.
Yeniavaz.com 
xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2023-cü ilin yekunlarına dair mətbuat konfransında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə münasibətlərdən və generalla iddia edilən münaqişə ilə bağlı şayiələrdən danışıb.
“Baş komandan olmaq şərəfdir. Prezident olmaq şərəfdir. Biz təslim olmamalıyıq, buna heç kimə imkan verməyəcəyəm. Bizə güclü addımlar və nəticələr lazımdır. Söhbət şəxsiyyətlərdən getmir. Bizə nəticələr lazımdır. Hər gün hər vəzifədə və məsuliyyətdə”, - Zelenski qeyd edib.
O, Zalujnı ilə əməkdaşlığı davam etdirməyi planlaşdırdığını da vurğulayıb:
“Mən Zalujnı ilə işi davam etdirməyi planlaşdırıram, səfərbərlik barədə qərar gözləyirəm, döyüş meydanında nəticələr gözləyirəm, cəbhədəki əsgərlərə kömək etmək qərarını gözləyirəm. Strategiya var, mən nəticələri və təfərrüatları gözləyirəm”.
Qeyd edək ki, bəzi KİV-lər Prezident Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında münaqişənin yaranması ilə bağlı şayiələr yayıb. Prezident administrasiyası bu məlumatı təkzib edib.
Tarix: 20-12-2023, 08:39
Xəbəri paylaş





Xəbər lenti