Türkiyə Mərkəzi Bankının sədri evsizlik səbəbindən valideynlərinin yanına köçdü


Türkiyə Mərkəzi Bankının sədri Hafize Qaye Ercan 44 yaşında ölkədə inflyasiyanın artması və daşınmaz əmlakın qiymətinin artması səbəbindən valideynlərinin yanına köçüb.
Publika.az xəbər verir ki, o, bu barədə “Hürriyyət” qəzetinə müsahibəsində bildirib.
“İstanbulda mənzil almaq cibə uyğun deyil. İstanbul Manhettendən necə baha ola bilər?", - Erkan müsahibə zamanı deyib.
Məlumdur ki, Mərkəzi Bankın sədri təyin olunana qədər o, 20 il ABŞ-da, xüsusən də “Goldman Sachs” maliyyə konqlomeratında yaşayıb və çalışıb.
“MK-Türkiyə” xəbər verir ki, məmurun maaşı əlavə ödənişlər nəzərə alınmadan 161 min türk lirəsi (təxminən 10 min manat) təşkil edir. Erkan ölkənin mənzil problemini həll etmək üçün sosial mənzillərin sayının artırılması təşəbbüsü ilə çıxış edib.
Tarix: 20-12-2023, 14:51
Xəbəri paylaş





Xəbər lenti