Krımda Rusiyanın kosmik rabitə mərkəzi və FTX-nin hərbi hissəsi vurulub

Krımda Rusiyanın kosmik rabitə mərkəzi və FTX-nin hərbi hissəsi vurulub
Ukraynanın Rusiyanın ilhaq etdiyi Krım yarımadasında Rusiya Aerokosmik Qüvvələrinin kosmik rabitə mərkəzi vurulub.

“Report” xəbər verir ki, bu gün Krımda iki partlayış olub. Birinci partlayış yarımadanın Solneçnoqorskoye kəndində baş verib.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbi hissələrindən birinə raket atılıb. Nəticədə qurumun bir əməkdaşı yaralanıb.

İkinci hücum isə kosmik rabitə mərkəzinə olub.

Partlayışlar nəticəsində ölən və yaralanan olmayıb.
Tarix: 20-12-2023, 21:57
Xəbəri paylaş





Xəbər lenti