Paşinyan separatçı rejim "ombudsman"ının birbaşa əlaqələr qurmasına imkan vermir...

Paşinyan separatçı rejim
"Əvvəlki dövrlərdən fərqli olaraq, artsax ombudsmanının ofisi ilə Ermənistanın dövlət qurumları arasında birbaşa əlaqə yoxdur və biz Ermənistan ombudsmanı vasitəsilə öz problemlərimizi səsləndiririk”.
Moderator.az xəbər verir ki, bunu Qarabağda Rusiyanın himayəsi altında qondarılmış və 32 il fəaliyyət göstərmiş gorbagor(!) separatçı-terrorçu rejimin qondarma "ombudsman"ı Qegam Stepanyan söyləyib.
 
“Bizim müvafiq resurslarımız yoxdur və Ermənistanda biz artsaxda gördüyümüz işlərin həcmini yerinə yetirə bilmirik”, - Stepanyan əlavə edib.
 
"Artsax" "ombudsmanı" həyasızcacına 2024-cü il yanvarın 1-dən sonra separatçı xuntanın üzdəniraq "dövlət" qurumlarının ləğv olunmayacağına ümid etdiyini bildirib. “Çox şey bizim təşəbbüsümüzdən asılı olacaq – biz hüquqlarımızı tam şəkildə qoruyub saxlaya biləcəyik, yoxsa yox", –  deyə Stepanyan çərənləyib.
 
P.S. Belə çıxır ki, Ermənistan baş naziri N.Paşinyan, doğrudan da, separatçı rejimin tör-töküntülərinin İrəvandakı fəaliyyətini maksimum məhdudlaşdırmağa çalışır...

Tarix: 22-12-2023, 09:54
Xəbəri paylaş





Xəbər lenti