Rusiyanın ən böyük kosmik sənaye müəssisəsinin rəhbəri saxlanılıb


Moskvanın Basman Məhkəməsi “Geofizika-Kosmos” elmi-istehsalat müəssisəsinin rəhbəri Yevgeni Fomiçev barəsində həbs qətimkan tədbiri seçib.
Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.


O, 2024-cü il fevralın 21-dək iki ay müddətinə həbs edilib.
Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə ittiham olunur.
İstintaqın məlumatına görə, Fomiçev və onun əlaltıları Ərazi İnkişaf Fondunun rəhbərliyinin etibarından sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəyiblər. İşin digər təfərrüatları açıqlanmayıb.
Tarix: 23-12-2023, 09:20
Xəbəri paylaş





Xəbər lenti