Bayden ABŞ-nin 886 milyard dollarlıq hərbi büdcəsini təsdiqlədi


Prezident Co Bayden ABŞ-nin 886 milyard dollarlıq hərbi büdcəsini təsdiqləyib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəd müdafiə və energetika nazirliklərinin, Dövlət Departamentinin və kəşfiyyat xidmətlərinin ixtisaslaşmış proqramları üçün 880 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutur.

ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 14-də təsdiqləyib.

Sənədə Ukraynaya 800 milyon dollar məbləğində yardım da daxildir./APA
Tarix: 23-12-2023, 11:17
Xəbəri paylaş





Xəbər lenti