Polşada ciddi böhran - Prezidentlə baş nazir arasında...


Polşada yeni baş nazir Donald Tusk və prezident Anjey Duda arasında münasibətlərdə ilk ciddi böhran yaşanıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, X sosial platformasındakı paylaşımında Duda yeni hökumət koalisiyasının qəbul etdiyi dövlət büdcəsi layihəsini tənqid edib və ona veto qoyduğunu açıqlayıb. Xüsusilə, o, “ictimai media” üçün ayrılan vəsaitin həcmindən qəzəblənib.
Duda bildirib ki, Milad bayramından sonra o, özünün dövlət büdcəsi layihəsini parlamentə təqdim etmək niyyətindədir, burada xüsusilə müəllimlərin maaşları və digər xərclərin artırılması nəzərdə tutulur.
Qeyd edək ki, Tuskla Duda siyasi və ideoloji rəqibdirlər, çünki Duda oktyabrda keçirilən parlament seçkilərində uduzan və indi müxalifətə keçən “Qanun və ədalət” partiyasındandır.
Tarix: 24-12-2023, 14:36
Xəbəri paylaş





Xəbər lenti