Şəhər cəhənnəmə döndü - "Durmadan gəlirlər, ətrafda minlərlə ölü var"


Avdiv şəhərində vəziyyət hər saat dəyişir, bu istiqamətdə ümumi durum çox ağırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna şəhərinin hərbi administrasiyasının rəhbəri Vitali Barabaş məlumat verib.
"Vəziyyət çox ağırdır. Düşmən sıxışdırır, gecə-gündüz hücumları dayanmır. Ruslar şəhəri ələ keçirməyə çalışırlar. Son vaxtlar xeyli texnika və canlı qüvvə göndərilib. Avdivin ətrafında minlərlə ölü var. Şəhərin üstündə dronlar uçur”, - Barabaş bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu təkcə hərbi yox, mülki obyektləri də vurur. Təkcə son sutka ərzində şəhərə 46 hücum qeydə alınıb.
"Hücumlar mövqelərə görə dəyişir. Bəzən yüzlərlə hücum baş verir. Bəzən bir neçə saat ərzində durum dəfələrlə fərqli hal alır. Şəhərdə vəziyyət günlərlə yox, hər saat dəyişir", - adminstrasiya rəhbəri vurğulayıb.

Eyni zamanda Avdivdə əhalinin təxliyəsi davam edir. Yollar zərbə altında olduğu üçün bəzən bu mümkün olmur. Avdivdə cəmi 1206 nəfər qalıb.
Hazırda şəhərdə işıq, qaz və istilik yoxdur. Sonuncu dəfə işıq 2022-ci ilin aprelində olub. Xətləri bərpa etməyə cəhd etsələr də, kütləvi zərbələr altında mümkün deyil.
Qalan əhali ciddi su problemi də yaşayır.

Tarix: 24-12-2023, 14:46
Xəbəri paylaş





Xəbər lenti