Putinə rəqib olacağı gözlənilən jurnalistin ərizəsi rədd edilib

Putinə rəqib olacağı gözlənilən jurnalistin ərizəsi rədd edilib

Rusiyada keçiriləcək prezident seçkilərdə Rusiyanın hazırkı prezidenti Putinə rəqib olacağı gözlənilən jurnalist Yekaterina Duntsovanın ərizəsi rədd edilib.

Bizimyol.info xəbər verir ki, Duntsovanın təşviqat qrupu "Telegram"da elan edib ki, namizəd kimi qeydiyyatdan keçmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) yazdığı ərizədəki “səhvlər”ə görə Duntsova mart seçkilərində Putinə qarşı mübarizə aparmaqdan kənarlaşdırılıb.
Qərar 40 yaşlı Duntsovanın namizəd olmaq üçün seçki komissiyasına müraciətindən cəmi 3 gün sonra verilib. Duntsova seçiləcəyi təqdirdə Ukraynada müharibənin dayandırılması və siyasi məhbusların azad edilməsi üçün səy göstərəcəyini bəyan etmişdi.
Putinin əleyhdarları MSK-nın bu qərarını müxalif fikirli heç kəsin Ukrayna müharibəsindən sonra ilk prezident seçkilərinə buraxılmayacağının sübutu kimi qiymətləndirirlər. Onlar qeyd ediblər ki, bu fakt indiki şəraitdə Putinin müxalif fikirli heç bir şəxslə mübarizə aparmaq gücündə olmadğını sübut edir.
Ölkənin Federasiya Şurası dekabrın 7-də toplanaraq prezident seçkilərinin tarixini müəyyənləşdirib və seçkinin 2024-cü il martın 17-də keçirilməsinə qərar verib.
Rusiya prezidenti Putin dekabrın 8-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Putin 76,69 faiz səslə prezident seçilib.
Tarix: 24-12-2023, 15:30
Xəbəri paylaş





Xəbər lenti