İran Qərbi təhdid etdi: “Tezliklə Aralıq dənizi və Cəbəllütariq boğazı da bağlanacaq”

 
İran İnqilab Keşikçiləri Korpusu Qəzzadakı müharibənin dayanmayacağı təqdirdə Aralıq dənizi və Cəbəllütariq boğazını bağlayacaqları ilə hədələyib.
 
Ovqat.com-un məlumatına görə, bu təhdid İran İnqilab Keşikçiləri Korpusunun baş koordinatoru Məhəmməd Rza Nakdi tərəfindən edilib.
 
Nakdi dünən İran mediasına verdiyi açıqlamada deyib: “ABŞ və müttəfiqləri Aralıq dənizi, Cəbəllütariq boğazı və digər dəniz yollarının tezliklə bağlanmasını gözləməlidirlər”.
 
O, Aralıq dənizi ilə birbaşa sərhədi olmayan İranın bunu necə edə biləcəyini barədə hər hansı fikir bildirməyib. Sadəcə onu deyib ki, əvvəllər Fars körfəzi və Hörmüz boğazı Qərb ölkələrinin kabusu idi: “İndi onlar Qırmızı dənizdə sıxışıblar. Cinayətlərini davam etdirərlərsə, onlar tezliklə Aralıq dənizi, Cəbəllütariq və digər su yollarının bağlanacağını gözləməlidirlər."
 
Nakdi təfərrüatlara varmadan “bölgədə böyüyən yeni müqavimət qruplarına” da diqqət çəkib. Bununla da sanki dünya dəniz ticarəti yollarında İranın qurduğu “müqavimət qrupları”na eyham vurub.



Tarix: 24-12-2023, 16:15
Xəbəri paylaş





Xəbər lenti