Rusiya axtarışa başladı: 3 Su-34 necə vurulub?


Rusiya ordusu kəşfiyyatı gücləndirib və dekabrın 22-də Ukraynanın üç Su-34 qırıcısını necə vura bildiyini aydınlaşdırır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.
“Düşmən indi qırıcılarının vurulduğu həmin cənub rayonlarında mümkün qədər kəşfiyyat aparmağa və məlumat toplamağa çalışır. Aydındır ki, onlar həmin təyyarələri vuran vasitəni axtarırlar. Onlar artıq başa düşüb ki, bizim sistemlərimiz, xüsusən də tərəfdaşlar tərəfindən təmin edilən uzaq mənzilli sistemlər müxtəlif istiqamətlərdə görünə bilər”, - İqnat bildirib.



Tarix: 24-12-2023, 20:22
Xəbəri paylaş





Xəbər lenti