Vuçiç: “Serbiyada inqilab yoxdur, vəziyyət nəzarət altındadır”

Serbiya Prezidenti Belqradda müxalifətin etirazlarını şərh edib
Serbiya Prezidenti Aleksandar Vucic Belqradda müxalifətin mitinqində həmvətənlərini sakit olmağa çağırıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri dövlət başçısı xalqa müraciəti zamanı deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları vəziyyəti nəzarətdə saxlayır və ölkədə hər hansı inqilabdan söhbət getmir.
Prezident aksiya iştirakçılarının sayını 2,5 min nəfər hesab edib. Əlavə edib ki, hüquq-mühafizə orqanları özlərini ehtiyatlı aparmağa çalışırlar ki, günahsız insanlar əziyyət çəkməsin.
Vuçiç vurğulayıb ki, Serbiya xüsusi xidmət orqanları etiraz aksiyalarının hazırlandığını əvvəlcədən biliblər.
Qeyd edək ki, etiraz aksiyalarına “Serbiya Zorakılığa Qarşı” blokunun liderləri Marinika Tepiç və Miroslav Aleksiç rəhbərlik edir. Dekabrın 19-dan indiki hökumətin əleyhdarları rəsmi məlumatlara görə, Vuçiçin rəhbərlik etdiyi koalisiyanın qalib gəldiyi parlament seçkilərinin nəticələrinə etiraz edirlər.
Tarix: 25-12-2023, 08:52
Xəbəri paylaş





Xəbər lenti