Paşinyanın partiyası Şahramanyanın hərəkətini Ermənistana qarşı hədə adlandırıb


Ermənistanda hakim partiya Qarabağ separatçılarının son lideri Samvel Şahramanyanın 28 sentyabr fərmanını ləğv etməsinə dair xəbərin ardınca onu kəskin tənqid edib.
Şahramanyan Azərbaycanın Qarabağda keçirdiyi 19-20 sentyabr əməliyyatından bir həftə sonra mümkün hərbi toqquşmaların dayandırılması üçün qondarma “Artsax respublikası” və onun “müdafiə ordusunun” 2024-cü il yanvarın 1-dən buraxılacağına dair fərman imzalamışdı.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Qarabağın demək olar bütün erməni əhalisi 19-20 sentyabr əməliyyatının ardınca bölgəni tərk edib.
Şahramanyanın “müşaviri” kimi təqdim olunan Vladimir Qriqoryan ötən cümə günü demişdi ki, separatçı liderin oktyabrın 19-da imzaladığı daha bir “fərman” onun 28 sentyabr fərmanını qüvvədən salıb.
19 oktyabr tarixli “fərmanda” deyilirdi ki, qondarma respublikanın bütün hakimiyyət orqanları, “dövlət naziri”, “hökumət üzvləri”, “parlament”, “hüquq-mühafizə orqanları”, habelə Xankəndinin meri fəaliyyətlərini ictimai əsaslarla, yəni maaşsız, davam etdirirlər.
Şahramanyan dekabrın 22-də başqa separatçı “liderlərlə” görüşərək onlara bildirib ki, “Artsax respublikasını” “hüquqi çərçivədə ləğv edən heç bir sənəd mövcud deyil”.
Azadlıq radiosu
Tarix: 26-12-2023, 16:43
Xəbəri paylaş





Xəbər lenti