ABŞ-ın F-16 qırıcıları artıq Ukraynadadır - Newsweek


Amerikanın F-16 qırıcıları artıq Ukraynadadır.

Bakupost.az xəbər verir ki, bu barədə Newsweek ABŞ hökumətindəki mənbəyə istinadən yazıb.


Qeyd olunur ki, son üç həftə ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın 8 təyyarəsini vurub. Həmçinin dekabrın 26-na keçən gecə “Novoçerkassk” böyük desant gəmisi məhv edilib. Nəşr qeyd edir ki, rusiyalı təbliğatçılar Ukrayna Silahlı Qüvvələrinin bunu F-16 qırıcıları sayəsində bacardığından narahatdırlar.

Bu məlumat rəsmi təsdiqini tapmayıb.

“Ukraynanın Qərb müttəfiqləri bir neçə ay əvvəl Kiyevə qabaqcıl Amerika istehsalı olan F-16 təyyarələri vəd etmişdilər, lakin təyyarənin Ukrayna səmasına tam olaraq nə vaxt qalxacağı ilə bağlı suallar açıq qalırdı”, - Newsweek yazır.

Qeyd olunur ki, Kiyev Ukraynanın səmada Rusiyanın dominantlığına qarşı durmaq və onun əsas hədəflərinə daha çox zərbə endirmək qabiliyyətini artıracaq təyyarələr tələb edib.

“F-16-lar daha müasir avionik və radarlarla təchiz edilib və Ukraynanın Sovet dövründən qalma köhnə təyyarələrində istifadə etdiyi NATO standartlarına uyğun silahları işə salmaq üçün nəzərdə tutulub”, - materialda deyilir.
Tarix: 27-12-2023, 22:38
Xəbəri paylaş





Xəbər lenti