Mask bildirib ki, onun Ukrayna ilə bağlı planı çoxlu itkilərin qarşısını alacaqdı

Mask bildirib ki, onun Ukrayna ilə bağlı planı çoxlu itkilərin qarşısını alacaqdıİlon Mask

Elon Mask deyib ki, əgər ölkələr onun 2022-ci ildə hazırladığı Ukrayna münaqişəsinin həlli planını qəbul etsəydilər, çoxlu itkilərdən qaçmaq mümkün olardı.

Bizimyol.info xəbər verir ki, Mask çərşənbə günü sahibi olduğu "X" (keçmiş "Twitter") sosial şəbəkə hesabında yazıb.
“Çox sayda insanların ölməsinin qarşısını almaq olardı”, - deyə o, qeyd edib. Mask, ABŞ prezidenti Co Bayden administrasiyasının indi Maskın sülh planını nəzərdən keçirmək istədiyini yazan ABŞ sahibkarı David Sachsın yazısını belə şərh etdi.
“Keçən il Elon öz sülh planını açıqlayanda Ukrayna prezidenti Vladimir Zelenski özü bunu “rusiyapərəst” adlandırdı və plan bu platformada çoxlarının ən sərt hücumlarına məruz qaldı. İndi Bayden administrasiyası bu sövdələşməni etmək istəyir”, - deyə Sachs yazıb.
Rusiya tərəfi müxtəlif səviyyələrdə Ukraynadakı münaqişə ilə bağlı öz mövqeyini dəfələrlə bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bir qədər əvvəl qeyd etdiyi kimi, Moskva böhranın diplomatik yolla həllinə həmişə açıq olub və hələ də bu mövqeyində qalır. Həqiqətən Kreml ciddi təkliflərə cavab verməyə hazırdır, eyni zamanda, onu da qeyd edib ki, Kiyev rejimi Rusiya ilə danışıqlara qadağa qoyub və onların qarşısında sədd yaradıb.
Təbii ki, Ukrayna tərəfi də sülh danışıqlarının başlanmasını istəyir, lakin bunun sərhədlərinin pərpasından, rus qoşunlarının işğal etdikləri ərazilərdən geri çəkildikdən sonra baş tuta biləcəyi mövqeyində qaldığını bildirir.
Tarix: 28-12-2023, 09:57
Xəbəri paylaş





Xəbər lenti