Yanvarın 1-i Ukraynada matəm elan ediləcək

Yanvarın 1-i Ukraynada matəm elan ediləcək


Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək.
"Unikal"  xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Gereşenko “X”də yazıb.
Onun sözlərinə görə, buna səbəb dekabrın 29-da Ukraynada həyata keçirilmiş kütləvi raket hücumudur.
A.Gereşenko bildirib ki, bu kütləvi hücum nəticəsində rekord sayda insan həlak olub.
Qeyd edək ki, dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu olub. Nəticədə 27 nəfər ölüb, 144 nəfər yaralanıb.
Xilasedicilər bu gün daha üç qurbanın cəsədini aşkar ediblər.
Qeyd edək ki, dekabrın 30-u Zaporojye, Odessa və Dneprdə matəm günü elan edilib.
Tarix: 30-12-2023, 22:54
Xəbəri paylaş





Xəbər lenti