Yaponiyada ard-arda 30-dan çox zəlzələ: Binalar dağılıb, yanğın və yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO

Yaponiyada ard-arda 30-dan çox zəlzələ: Binalar dağılıb, yanğın və yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO
Yaponiya İmperator Evinin İdarəsi Tokioda imperator Naruhito və ailəsinin iştirakı ilə yanvarın ikisində baş tutmalı olan ənənəvi tədbirləri ləğv etmək qərarına gəlib.

Administrasiyadan bildirilib ki, müvafiq qərar Yeni il günü ölkədə baş vermiş güclü zəlzələlərlə bağlı vəziyyət nəzərə alınaraq qəbul edilib.

Məlumata görə, hər il yanvarın ikisində yapon xalqı Tokionun mərkəzində yerləşən İmperator Sarayına gəlir, burada imperator və monarxın ailəsinin digər üzvləri onları Yeni il münasibətilə təbrik edir. Pandemiya illərində (2020-2021) mərasim keçirilməyib.

Qeyd edək ki, İmperatoru təbrik etmək Yaponiyada yeni ilin əsas adətlərindən biridir.


Mənbə: TASS
Tarix: 1-01-2024, 22:39
Xəbəri paylaş





Xəbər lenti