Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi
Ötən illərdə Təhsil nazirliyi tərəfindən ayrılan maliyyə sayəsində Seydimli kəndində şagirdlərin yaxşı şəraitdə təhsilin alması, təhsil səviyyəsinin yüksəldilməsi üçün köhnə məktəb binasına, əlavə korpus bina tikintisi lahiyəsi həyata keçirilib.Əslində təkrarçılıq olmasın deyə araşdırmalarımız davam etməkdədir. Və bütün bu ittihamlara hələ də Nürəddin İbrahimov susmaqdadır. Tərtər RTŞ-nin səlahiyyətlisi ilə həm söhbət zamanı tikintinin məhs məktəb direktoru tərəfindən təhvil alına biləcəyinin vurğulanması “BakuNews” daxil olan məlumatlarını doğrulamaqdadır. Belə ki, Mütəllim müəlimdən məslə ilə bağlı Təhsil şöbəsinin fikrini öyrənməyə çalışdıq. Qeyri qanuni Seydimli kənd orta məktəbdə nazirlik adından yığılan 6 manat lahiyəsi və o cümlədən məktəb binasına ayrılan orada istifadə edilmiş materyaların yoxlanmasında kimin rolunun olması suallarımıza cavab tapmağa çalışdıq. “BakuNews” redaksiyası ilə əlaqə saxlayan bütün təhsil işçilərindən məlumat almaq cəhdlərimiz boşa çıxmadı. Belə ki, Mütəllim bəylə sorğu sualarımız zamanı bir çox məqamları özləridə bilmədən aşkara çıxartdılar. 8 manrt Beynəlxalq qadınlar gününə məktəblərdə yığılan pullar və ya həddiyə tələblərindən yola çıxaraq. RTŞ daxilində müdirlə direktor arasında böyüyən qalmaqal məsələlərinədə toxunduq. Təəssüflər olsun ki, Mütəllim bəy özünün bir tərəfli çıxışı ilə dəfələrlə bizədə bir tərəfli və qərəzli yanaşmamağı təklif etdi. Burda bir sual yaranır bəy əgər bir tərəfli çıxışların əleyhinəsinizsə niyə məhs idarə rəhbərinin tərəfini saxlayaraq direktorun haqqsızlıqla suçladınız. Bunuda keçdik, rayon təhsilində baş verən özbaşınalıq və korruptiv xarakter daşıyan əməllərə göz yumulması RTŞ-nin əməkdaşı Elxanın bu məslədə əlinin olmasını inkar etməsi hansı düzlük prinsiplərinə sığmaqdadır.
Keçən yazılarımızda Seydimli, Evoğlu, Azad Qaraqoyunlu məktəblərində baş verən özbaşınalıqlar və korruptiv xarakterli idarəçilik prinsiplərindən yazdığımız məqalələrdən sonra dəfələrlə redaksiyamızın əməkdaşlarına Tərtər rayon təhsil idarəsinin göstərişləri ilə direktorların təzyiqləri ilə üz-üzə qaldıq. Amma bütün bunlara baxmayaraq araşdırmalarımızdan geri çəkilmədik. Bu gündə həmin araşdırmalarımız davam etməkdədir. RTŞ-nin qanunsuz idarəçilik prinsipləri ilə idarə edilməsi artıq dözülməz hall almaqdadır. Bu qurum Təhsilin inkişafına deyil onun məhv edilməsinə yönəlmiş addımları ilə Tərtər rayonunun qəhrəman adına layiqli övladlar yetişməsinin qarşısını almaqdadır. Bir millətin məhvi üçün onun cahil yetişdirilməsi sizcədə kifayət edəcək düşmənçilik layihəsi deyilmi.
Təhsil Naziri Mikayıl Cabbarov ölkənin ekonomik krizisi ərəfəsində rayon məktəbinə pul ayırır amma bu pulun ayrılması barədə məlumatlar olsa da onun hansı podratçı tərəfindən tikintinin hansı miqdarda lahiyə əsasında həyata keçirilməsi, onun rentabeli şəkildə yoxlanılaraq təhvil alınmasından məlumat yoxdur.
Dəfələrlə Seydimli kəndində baş vermiş olayların yoxlaması ilə bağlı müraciətlərimiz olsada nədənsə məsələ baxılmaz olaraq qalmaqdadır. Bu məslələr barəsində Nə Nürəddin İbrahimov nə də RTŞ-nin müdiri S. Mirzəyev açıqlama verməkdə məqsədli görünmürlər. Neçə deyərlər işində nöqsan yoxdursa buyur meydana sözünü bildiyin tərzdə de.
Növbəti yazımızda:Yaş həddinə görə, çıxarılan Nəcibə muradova bu təhsildə tək 65 yaşın tamam etmiş direktordu...?
Nəcibə Muradovanı işindən azad edilməsindən 4 ay keçir... Məktəb hələdə dərəbəyliklə idarə edilir. ..?
Tərtər Təhsil şöbəsi öz səlahiyyətlərindən sui-istifadəyə davam etməkdəri...?
4 Məktəb direktoru niyə işindən azad edilməyib...?
Nazirlikdə vakant yerin olması ilə bağlı bilgilər niyə yoxdur....?
Məktəb direktorlarının 67-68 yaşlı müəlimlər niyə nazirliyə bildirilmir...?
RTŞ-nin müdiri qanunu pozmaqda olduğu məsələlərdə maraqları nədir...?Nəcibə Muradovanın fəaliyyəti dövründə ilin məktəbi adını qazan 1 saylı direktorsuz qaldı. Məsələnin amması var ki, Nəcibə Muradovadanda yaşça böyük olan direktorlar hansı naliyyətlərinə görə əsrlərdir direktor qalır müəması bizədə maraqlıdır...
Sonda isə Nürəddin İbrahimovu himayə edən jurnalistlə əlaqəli olduğu kontaktlar haqqındada geniş reportajımız olacaqdır. Hansı ki Nürəddinin sifarişini həyata keçirərək yazılarımızı təhrif etmiş sonradan həmin yazını olduğu kimi dərc edə bilməyərək rəhbərlik etdiyi saytdan yazını tamamilə silmişdir. Jurnalist olmasını belə inkar ediləcək tərzdə reaksiya verilmişdir.
Redaksiyadan: Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
Tarix: 10-03-2017, 21:01