Oğuzun bu kəndində şagirdlər məktəbə getməkdən imtina edirlər

Oğuzun bu kəndində şagirdlər məktəbə getməkdən imtina edirlər İt məktəbə hücum edərək şagirdləri yaraladı

Oğuzun Padar kəndində vəhşi itlər məktəblilərə hücum edib. Sputnik Azərbaycan-ın məlumatına görə, yaxınlıqda olan müəllim və valideynlərin köməkliyi ilə uşaqlar itlərin əlindən alınıb. Hadisə dünən kənd mərkəzindəki məktəbin həyəndə baş verib. Hadisədən sonra uşaqlar dərhal xəstəxanaya çatdırılıb. Sakinlər buna bənzər hadisələrin dəfələrlə baş verdiyi qeyd edirlər. Dəfələrlə aidiyyatı orqanlara xəbərdarlıq olunmasına və yazılı məlumat verilməsinə baxmayaraq kənddə peyvəndləmə işləri aparılmayıb və müavfiq tədbirlər həyata keçirilməyib. Məktəblilər qorxu içindədirlər və məktəbə getməkdən imtina edirlər.
Tarix: 12-03-2017, 08:18
Xəbəri paylaş





Xəbər lenti