Şahin Məmmədov bu kadrından da "yarımadı"

Şahin Məmmədov bu  kadrından da "yarımadı" Və yaxud Mikayıl Cabbarovun son qərarı necə olacaq?

Son günlər təhsilimizdə baş verən qəbuledilməz hadisələr hər birimizi düşündürməyə bilməz. Elə götürək Ağcəbədi RTŞ-nin müdiri Solmaz Rəhimovanın uğursuz və qazanc məqsədi ilə yiyələndiyi vəzifəni. Əslində, S. Rəhimova sözügedən vəzifəyə təsadüfü gəlməyib. Nəzərinizə çatdıraq ki, Ağcəbədi RİH-nin başçısı Şahin Məmmədovun 14 sentyabr 2016-ci il ildə rayon təhsil şöbəsinə Solmaz Rəhimovanı təyin edib.

Dosye.az-ın apardığı dəqiq araşdırmalarına görə, təhsil şefi 2010-ci ilədək şəhər 5 saylı orta məktəbdə müəllim işləyib. Məktəbin direktoru isə S. Rəhimovanın həyat yoldaşı Abbas Quliyevin olduğu bildirildi. Lakin həmən ərəfədə olduqca şok doğuracaq olay qeydə alındı. Belə ki, icra başçısı A. Quliyevi 5 saylı orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırır. Və onun həyat yoldaşı Solmaz Rəhimovanı direktor təyin edir. Hətda məlumatlarda o da vurğulanır ki, S. Rəhimova 2-ci qurup əmək qabiliyyəti olmayan əlildir.

PULYIĞMA KOMPANİYASI START GÖTÜRDÜ

Ağcəbədi RTŞ müdiri Solmaz Rəhimova vəzifəyə yiyələndiyi göndən rayon təhsilində kifayət qədər geriləmə müşahidə olunur. Məhz onun təyinatından sonra Təhsil Şöbəsində “bazar” açılır. Təhsil Şöbəsindən sızan məlumatlara görə S. Rəhimova bütün məktəb direktorlarından hər ay 500 manat pul tələb edir. Müavini Əfrasiyab Məmmədova cədvəl pulu yığılmasını, motodkabinetin müdiri Əli Əhmədova şəhər məktəblərin aylığını, məsləhətçi İbrahim Vəliyevə kənd məktəb direktorların aylığını və metodist Tofiq Zeynalova müzey pulunun yığılması həvalə edilib.

Bir sözlə, S. Rəhimovanın cinayət əməlləri bununla bitmir. 31 may 2016-ci ildə Təhsil Nazirin əmri ilə Ə. Məmmədova töhmət verildi. Əfsüslər olsun ki, 3 ay sonra S. Rəhimova 67 yaşlı müavinlə 1 illik müqavilə bağladı. Digər bir maraqlı və dəhşətli məlumat ondan ibarətdir ki, icra başçısı 3 saylı məktəbin direktoru Tofiq Zeynalovu əxlaqsız hərəkətlərinə görə vəzifədən azad etmişdi. Amma başbilən təhsil müdiri T. Zeynalovu daha irəli çəkərək şöbədə metodist təyin etdi.

PREZİDENTİN FƏRMANINDAN NARAZI OLAN MÜDİR

S. Rəhimovanın savadsız olduğu barədə saytımızın elektron ünvanına şok doğuracaq məlumat daxil oldu. Şöbə müdiri ilk dəfə iclas keçirən zaman cənab prerzidentin Regional Təhsil İdarələrin yaradılması haqqında fərmanını “KOPERATİV” sərəncam adlandırıb. Bunlardan əlavə təhsil şöbəsindən bir əməkdaşın etdiyi şikayət əsasında Təhsil Nazirliyinin əmri ilə 9 mart 2017-ci il S. Rəhimovaya şiddətli töhmət verilib. Ən maraqlısı budur ki, 1 illik sınaq müddətində işləyən müdir 6 ay tamam olmadan nazir tərəfindən “mükafatlandırılır”.

Araşdırmalarımızdan məlum oldu ki, S. Rəhimova bütün qanun pozumtularını arxalandığı şəxsin hesabına həyata keçirir. Etibarlı mənbənin məlumatına görə, şöbə müdirinin arxalandığı şəxs Ağcəbədi RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayevadır. S. Rəhimovanın digər bir qanunsuzluğu ondan ibarətdir ki, icazə alan direktorlar və təhsil şöbəsinin əməkdaşları mütləq pul ödəməlidirlər. Məktəb direktorları 50 manat, şöbə işçiləri isə 30 maat ödədikdən sonra icazə verilir. Özünün dediyinə görə, yığılan pullar icra başçısına göndərilir.

Şöbə müdiri o qədər siyası sayıqlığını itirib ki, 26 fevral Xocalı faciəsi günündə keçirilən tədbirdən sonra məktəb direktorlarını kabinetinə yığaraq onların hər birindən 500 manat ödəməyi tələb edib. Səbəbini soruşduqda “pul verib vəzifəyə gəlmişəm, indi mənə kömək edin” deyir. S. Rəhimova hələ azmış kimi 5 saylı orta məktəbin möhür və ştampını özündə saxlayır. Məlumatlara görə, müəllimlərin maaş cədvəlini özü hazırlayır və mühasibatlığa təqdim edir. Görünür, təhsil şöbəsinin müdiri aşıq-aşkar bazar açıb. Ona gözün üstə qaşın var deyə biləcək bir kimsə belə yoxdur. Bir faktıda nzərinizə çatdıraq ki, Təhsil Nazirliyinin daha bir əmri ilə F. Allahverdiyeva sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Məktəbin müəllimləri İdris Həsənov və Sevinc Quliyeva işə çıxmadıqları üçün vəzifələrindən azad ediliblər. Xatırladaq ki, S. Quliyeva Solmaz Rəhimovanın qızıdır.

Dosye.az olaraq bildirmək istəyirik ki, yuxarıda qeyd etdiyimiz konkret faktlardan Təhsil Naziri Mikayıl Cabbarov və Ağcəbədi RİH-nin başçısı Şahin Məmmədov məlumatlıdır. Əgər, hər iki qurum məsüliyyəti üzərindən atacaqsa deməli həvalə olunan səlahiyyət icra edilmir. Yox , əgər məlumatlıdırlarsa deməli bütün qanunsuzluqlara şərait yaradan elə özləridir.

Araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.az
Tarix: 30-03-2017, 23:39
Xəbəri paylaş





Xəbər lenti