İcra başçısı narazılıq yaradır... - Balakəndə

İcra başçısı narazılıq yaradır... - Balakəndə Balakən şəhər sakini, şəhid anası Töhfə Vəli qızı Əliyevanın probleminə yerli icra orqanları biganə münasibət sərgiləyirlər. Şəhid anasının etdiyi müraciətlərin isə heç bir xeyri yoxdur. Şəhər Icra Hakimiyyətindən bildirirlər ki, problemini aldığın təqaüdlə özün həll et.

Kivnews.com olaraq qeyd edək ki, Töhfə Vəli qızı Əliyevanın oğlu Ağdam istiqamətində aparılan şiddətli döyüşlər zamanı itkin düşüb. Şəhidin heç cəsədini də valideynləri görməyib. Bir ata, ana üçün bundan böyük dərd ola bilməz. Şəhidlik müqəddəs zirvə olsa da, hər valideyn istəyər ki, heç olmasa şəhid övladının məzarını ziyarət edə bilsin. Təəssüf ki, Töhfə Əliyeva bundan da məhrum olub. Neçə illərdir ki, “oğlum” deyə-deyə nalə çəkir. Ananın övlad dərdi bir yana, son vaxtlar da digər problemlə üzləşib. Evi qəzalı vəziyyətə düşüb. Hər an uçub-dağıla, bu zaman da həyatına son qoyula bilər. Şəhid anası deyir ki, aldığı təqaüdlə evini təmir edə bilmədiyindən, məcbur qalaraq dövlətdən kömək istəyib. Amma Balakən şəhər İcra Hakimiyyətindən anaya bildiriblər ki, onların pulu yoxdur.

Əslində, rayon icra hakimiyyəti tərəfindən bir şəhid anasına kömək göstərə bilinmirsə, onda RIH-lərin fəaliyyətinə nə ehtiyac var? Çünki ölkə başçısı dəfələrlə çıxışlarında icra başçılarına üzünü tutaraq deyib ki, yerlərdə vətəndaşların problemləri ilə maraqlanaraq onların həllinə yardımçı olun. Belə olduğu halda Balakən Şəhər İcra hakimiyyətinin başçısı İslam Rzayev görəsən nəyin fərqindədir. O, bir anaya, özü də şəhid anasına köməklik göstərməkdə acizdirsə, niyə bu vəzifəni daşıyır? Bəlkə artıq vaxt yetişib, işdən çıxmaq vaxtıdır?

Bildirək ki, şəhid anası dəfələrlə Balakən şəhər İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət edib. Etdiyi müraciətlərdən sonra şəhid anasının yaşadığı evə baxış keçirilib. Əvvəl evin divarlarının qəzalı olduğu deyilsə də, sonradan yazılmış rəsmi cavabda qəzalı vəziyyətdə olmadığı vurğulanır. Ona görə də, ancaq evin dam örtüyünün təmirə ehtiyacı olduğu bildirilir.

Kivnews.com olaraq evin şəkillərini diqqətinizə çatdırırıq. Özünüz qiymət verin görək, ev qəzalıdır, ya yox. Görünür, Balakən Şəhər İcra Hakimiyyətinin yetkili şəxsləri çart vermiş, hər an dağılmaq təhlükəsi ilə üzləşmiş divarları görmək istəməyiblər. Əslində görüblər, sadəcə olaraq kimlərinsə diqtəsi altında başqa qərar veriblər.

Hər halda övladı şəhid olmuş anaya qarşı belə münasibət sərgilənməməlidir. Torpaqlarımız işğal altındadır, hər an müharibə ola bilər. Töhfə Əliyevanın gününü görən hansı ana müharibəyə övlad göndərə bilər? Balakən şəhər İcra Hakimiyyətinin başçısı İslam Rzayev bunun fərqinə varmalıdır. Problemləri həll etməlidir, əksinə insanlar arasında narazılıq yaratmamalıdır.İcra başçısı narazılıq yaradır... - Balakəndə
İcra başçısı narazılıq yaradır... - Balakəndə
İcra başçısı narazılıq yaradır... - Balakəndə
İcra başçısı narazılıq yaradır... - Balakəndə
İcra başçısı narazılıq yaradır... - Balakəndə
İcra başçısı narazılıq yaradır... - Balakəndə
İcra başçısı narazılıq yaradır... - Balakəndə
İcra başçısı narazılıq yaradır... - Balakəndə
İcra başçısı narazılıq yaradır... - Balakəndə
İcra başçısı narazılıq yaradır... - Balakəndə
Tarix: 31-03-2017, 09:52
Xəbəri paylaş





Xəbər lenti