İcra başçısı Güləbatlı kənd tam orta məktəbində və körpələr evi-uşaq bağçasında mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 70 şagird yerlik Güləbatlı
kənd tam orta məktəbində və 35 yerlik Gülabatlı kənd körpələr evi-uşaq bağçasında
mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların
qayğıları ilə maraqlanıb.Məktəbdə və məktəbəqədər təhsil müəssisəsində görülmüş işlərlə yaxından tanış olan
rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin
dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını,
valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün
gündəlik gigiyenik qaydalara əməl olunmasını, məktəbəqədər tərbiyə müəssisəsində hər
bir uşağa fərdi yanaşma ilə bağlı tövsiyələrini verib.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü
uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa,
ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb,
məktəblilərə təhsildə uğurlar arzulayıb.
Tarix: 24-11-2022, 17:24