Tərtərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib



24.06.2024 -cü il tarixində Tərtər Rayon İcra Hakimiyyəti  Gəncə
Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtər
şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının
106 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
Dövlət Təhlükəsizlik xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev,
YAP rayon təşkilatının sədri Eldar Əsədov, Gəncə Qarnizonu İdeoloji və
Mədəniyyət Mərkəzinin əməkdaşları, N saylı hərbi hissənin əskər 
zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə,
təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış
edərək Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ideyalarını
layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı
Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-
intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa
qadir olan bir ordunun yaradılmasına nail olduğunu bildiriblər. Bu
uzaqgörən siyasətin nəticəsində Şanlı Ordumuz Ali Baş Komandanın
rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün
ərzində azad etmişdir.
Tədbir çərçivəsində “Əsgərə məktub” və “Əsgər məktubu” layihələri həyata
keçirilib. Sonra kəşfiyyatçıların nümunəvi çıxışları ilə tədbir davam etdi və
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi
qulluqçulara fəxri fərmanlar, hədiyyələr, Gəncə Qarnizonu İdeoloji 
Mədəniyyət Mərkəzinin kollektivinə təşəkkürnamələr, Elman Hüseynov
adına “Dəmir yumruq” kikboksinq idman klubunun idimançılarına
Azərbaycan çempionatında əldə etdikləri nailiyyətlərə görə diplomlar
təqdim edib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin ansamblı
rəngbərəng müsiqi nömrələri ilə iştirak edib. Tədbirin sonunda xatirə
şəkilləri çəkdirilib.
Tarix: 25-06-2024, 11:49
Xəbəri paylaş





Xəbər lenti