İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb. Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi köməklik,ev təmirinə köməklikolunması, həyətyanı torpaq sahəsinin ayrılması, subartezian quyusununnasosunundəyişdirilməsi,ünvanlısosialyardımalmasına köməklik, pay torpaq sahəsinin suvarılması, sahibkarlıq üçün torpaq sahəsinin ayrılması,əkinüçünbələdiyyədənicarəsinətorpaqsahəsininayrılması, işğaldan azad edilmiş ərazilərdə evlə təmin olunmavə digər məsələlərlə bağlı müraciətediblər.Onlarınmüraciətlərirayonrəhbəritərəfindəndiqqətlə dinlənilib,icrahakimiyyətininsəlahiyyətlərinəaidmüraciətlərqanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub. Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.