Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olunub


Birinci Qarabağ müharibəsində itkin düşmüş  şəxsiyyəti müəyyənləşdirilən
şəhidlərdən olan Yaqubov Fəqan Misir oğlu Tərtər rayonunda dəfn edilib. Fəqan
naməlum şəhid kimi Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.
Şəhidlə vida mərasimi ailəsinin yaşadığı Tərtər rayonunun Sarıcalı kəndində
keçirilib. Mərasimdə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidlərin ailə
üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat kollektivləri, təhsil, səhiyyə,
mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış
edərək şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində
hərbçilərimizin göstərdiyi rəşadətdən danışaraq qazanılan tarixi qələbə ilə şəhidlərimizin
qanının yerdə qalmadığını vurğulayıb.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb,
dualar oxunub. Dəfn zamanı yaylım atəşi açılıb.
Qeyd edək ki, şəhid Yaqubov Fəqan Misir oğlu 1973-cü il iyun ayinin 7-də Tərtər
rayonunun Sarcalı kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində
aldıqdan sonra Bərdə rayonunda 105 saylı Texniki Peşə Məktəbində sürücülük
ixtisasını öyrənib. 1991-ci ilin iyun ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi
xidmətə çağrılıb. SSRİ dağıldıqdan sonra dogma vətənə qayıdıb  1992-ci ilin
əvvəllərindən hərbi xidmətini davam etdirmək üçün könüllü surətdə “Tərtər
özünümüdafiə batalyonu”na daxil olub.
Bu batalyonun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda Ağdərə bölgəsində erməni
işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1992-ci il avqust ayının 7-də Ağdərə
rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Subay idi.
Tarix: 28-06-2024, 22:36
Xəbəri paylaş





Xəbər lenti