Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Elbrus Muradov, Camal Aslanov, Pakizə Zeynalova
elektrik xəttinin təmir olunması və subartezian quyusunda limitin artırılması,
Qəmzə Ağayeva evinin təmir olunmasına köməklik, Səxavət Mahmudov işlə
təmin olunma, Siyatel Abdullayeva oğlunun müalicəsinə köməklik, Ziya
Mahmudov azyaşlı uşaqların asudə vaxtlarında məktəbin futbol
meydançasında oynamaları üçün şərait yaradılması, Pakilet İsmayılova evinə
gedən yolun kol kosdan təmizlənməsi və digər məsələlər ilə bağlı müraciət
ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.