Xaçmazda ziblləri də elə daşıyırlar ki... - NARAZILIQ VAR...


Xaçmaz rayonunda antisanitariya problemi hazırki rəhbərliyin ən aktual çətinliklərindən biridir desək, yanılmarıq. Hər halda görünəni odur ki, rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev cənabları ən azından bu işin öhdəısindən gələ bilmir.

Gah sakinlər rayon mərkəzindəki Heydər Parkının acınacaqlı durumundan giley edir, gah da rayon küçələrindəki anisanitar şəraitdən... Bir sözlə bu gün Elnur Rzayev cənabları Xaçmazı təmiz saxlaya bilmir. Bu isə hazırki isti hava şəraitində əlavə baktereloji xəstəliklərin yayılmasına rəvac verən bir haldır ki, elə sakinləri də narahat edən budur...

Xaçmazda ziblləri də elə daşıyırlar ki...

Dia-az.İnfo-ya müraciət edən sakinlər iddia edir ki, rayon mərkəzindəki zibilqabılardan zibllər o qədər gec daşınır ki, ətraf əməlli-başlı üfunətə qərq olur. Bu da azmış kimi həftədə bir dəfə gözə görünən zibil daşıyan maşınlar da əlavədən problem yaradırlar.

Xaçmazda ziblləri də elə daşıyırlar ki...

Xaçmaz sakinləri Dia-az.İnfo vasitəsilə rayon mərkəzinin təmiziliyinə cavabdeh olan Xaçmaz MKTİ-yə xitab edərək deyirlər:

"Şikayət etdik, şəhərin mərkəzi yaman gündə idi... Təmizlədiniz... Amma indi ancaq oralara nəzər salınır... Təkcə şəhərin mərkəzini təmiz saxlamaqla kifayətlənməyin.

Şəhərin zibilini daşıyan maşınların üstünə örtük vurun ki, əks halda şəhəri təmizləyib daşıdığınız zibillər Niyazoba kənd yolunun ətrafına və elə yolun ortasına səpələnir. Guya indi siz zibil daşıyırsınız?"
Tarix: 11-07-2024, 10:06
Xəbəri paylaş





Xəbər lenti