İcra başçısı 2-ci dərəcəli Vətən müharibəsi əlili Rizvan Məmmədovun ailəsi ilə görüşüb


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının
sədri Eldar Əsədovla birlikdə Buruc kəndində 2-ci dərəcəli Vətən müharibəsi əlili
Məmmədov Rizvan Fikrət oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Rizvan kimi igid oğulların
sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda
yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
Qeyd edək ki, Məmmədov Rizvan Fikrət oğlu Vətən müharibəsi zamanı müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Talış-Suqovuşan istiqamətində gedən
döyüşlərdə iştirak etmişdir. Ona müharibə ilə əlaqədar aldığı xəsarətlərə görə ikinci
dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Rizvan Məmmədov döyüşlərdə göstərdiyi
igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən
“Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif
olunmuşdur.
Qazi Rizvan Məmmədov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.



İcra başçısı 2-ci dərəcəli Vətən müharibəsi əlili Rizvan Məmmədovun ailəsi ilə görüşüb
İcra başçısı 2-ci dərəcəli Vətən müharibəsi əlili Rizvan Məmmədovun ailəsi ilə görüşüb


Tarix: 11-07-2024, 15:37
Xəbəri paylaş





Xəbər lenti