Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib


Bu gün 2024-2025-ci tədris ilinin ilk dərs günüdür. Məktəblərdə dərslər “Bilik Günü”
hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarix həftənin bazar gününə təsadüf
etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanıb.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon
Təşkilatının sədri Eldar Əsədov, Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev rayonda fəaliyyət
göstərən umumtəhsil məktəblərində olub, müəllim  şagirdləri yeni dərs ilinin
başlanması münasibəti ilə təbrik edərək, onlara təhsildə uğurlar arzulayıblar.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov bildirib ki,
ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində görülən işlər, həyata keçirilən layihələr çoxdur.
Hakimiyyətinin bütün mərhələlərində təhsilə və onun inkişafına böyük diqqət göstərən
Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı ölkə başçısı cənab İlham
Əliyev də təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm
tədbirlər həyata keçirir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq
evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.
Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik.
Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra
“Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı
tədbirlər haqqında” Sərəncam imzalamış, 432 şagird yerlik Xoruzlu kənd tam orta
məktəbi, 2023-cü ildə isə Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad
Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam
orta məktəbləri üçün yeni binaların tikilmiş, Təhsil Nazirliyi tərəfindən onlarla məktəbdə
təmir işləri aparılmışdır.
Qeyd edək ki, təhsilə göstərilən diqqət və qayğının nəticəsində bu il rayonumuzun
umumtəhsil məktəblərini bitirən 756 nəfər məzundan 421 nəfəri ali məktəblərə sənəd
vermişdir. Ali məktəblərə sənəd verən məzunlardan 285 nəfər müxtəlif ali təhsil
müəssisələrinə, o cümlədən 5 nəfər Polis Akademiyasına, 7 nəfər Qarabağ
Universitetinə, 5 nəfər isə Cəmşid Naxçıvanski adına liseyə qəbul olmuşdur. Onlardan
9 nəfər 600-dən, 33 nəfər isə 500-600 arası bal toplamışlar. 600-dən yuxarı bal
toplayanların sayı ötən illə müqayisədə 3, 500-600 arası bal toplayan məzunların sayı
isə 12 nəfər artmışdır.
Bu il İX sinfi bitirən 954 nəfər şagirddən 120 nəfəri orta ixtisas məktəblərinə sənəd
vermiş və 113 məzun orta ixtisas məktəbinə qəbul olub. Bu da ötən illə müqayisədə 67
nəfər çoxdur.
Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə”
müvafiq əmrə əsasən, yeni tədris ilində II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə
həmrəylik” mövzusuna həsr olunub.
Tarix: 16-09-2024, 21:13
Xəbəri paylaş





Xəbər lenti