FTX şefinin oğlu Azərbaycanda bankın Müşahid Şurasının sədri oldu

FTX şefinin oğlu Azərbaycanda bankın Müşahid Şurasının sədri oldu VTB Azerbaijan bankı Denis Bortnikovun bankın Müşahidə Şurasının sədri təyin edilməsi haqqında məlumat yayıb. O, həmçinin Bank VTB-nin (Vneştorqbank – Xarici Ticarət Bankı) İctimai Səhmdarlar Cəmiyyətinin idarə heyətinin prezident-sədr müavinidir.

Qeyd edək ki, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin şefi Aleksandr Bortnikovun oğludur.

Denis Bortnikov 11 ildir VTB banklar qrupunda işləyir, deyə məlumatda bildirilir.

Rusiyanın Vneştorqbank-ı Azərbaycana 2008-ci ildə ölkə Mərkəzi Bankının razılığı ilə yerli AF-Bank-ın səhmlərinin 51%-ni almaqla qədəm basıb.

Bu yaxınlarda VTB ATA Bank-dan səhmlərin qalan 49%-ni də alaraq, bütün səhmlərin tək sahibinə çevrilib.
Tarix: 25-11-2017, 15:49
Xəbəri paylaş





Xəbər lenti