Bakıda “Xuruşovka”larda yaşayanlar üçün VACİB XƏBƏR : RİSK VAR, AMMA…

Bakıda “Xuruşovka”larda yaşayanlar üçün VACİB XƏBƏR : RİSK VAR, AMMA… Bakıda köhnə tikililərin, xüsusən də “Xuruşovka” adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. İnşaat şirkətləri mənzil sahiblərinin 2 illik kirayə haqqlarını ödəyən, həmin müddətdən sonra isə inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər.
İqtisadçı Vüqar Bayramov metbuat.az-a açıqlamasında bildirib ki, ilk baxışdan inşaat şirkətlərin təklifi normal təsir bağışlayır. Amma proses heç də belə sadə olmaya bilər: “Risklər siğortalanmadığından, inşaat şirkəti öhdəliyini yerinə yetirə bilmədiyi zaman vətəndaşın yeni mənzili necə əldə edəcəyi sual yaradır. Təssəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü və yeni binanı inşa edən zaman o müflis oldu, tikintini başa çatdıra bilmədi. Bu halda, sakinləri yeni mənzillər ilə hansı şirkət təmin edəcək? Sakinlər ilə inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu hallar nəzərə alnmır. İnşaat şirkətlərinin aktivləri az olduğundan bu zaman tikintinin başa çatdırılması üçün tələb edilən xərcin aktivləri sataraq ödəmək də mümkün deyil. Buna görə də, gələcəkdə belə hallar baş verən zaman sakinlərin mənzilsiz qalmaması üçün yeni mexanizmlərin hazırlanıb tətbiq edilməsnə ehtiyac var. Tikinti şirkətləri üçün risklərin sığortalanması işə başlamaq üçün əsas tələblərdən biri olmalıdır. Tikinti firması öz risklərini sığorta şirkətində sığortaladıqdan sonra ona inşaata aparmaq icaizəsi verilməlidir. Evini tərk edib, kirayə qalan sakin əmin olmalıdır ki, bütün hallarda o yeni mənzil ilə təmin ediləcək”.
Məsələnin hüquqi tərəfini izah edən Vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib ki, tikinti şirkəti öhdəliyini yerinə yetirə bilmədiyi zaman binanın tikintisi başqa MTK-ya tapşırılır: “Bu zaman sakinlərlə bağlanan müqavilə birbaşa olaraq yeni tikinti şirkətinə aid edilir. Yeni şirkət qalan müddət ərzində kirayə haqqlarının ödənişini, həmçinin binanın tikinti işlərini həyata keçirir. Bu, böyük layihələr olduğu üçün dövlət nəzarət edir. Şəxsi MTK-lara isə isə bu qaydalar aid edilmir”.
Tarix: 28-11-2017, 08:22
Xəbəri paylaş





Xəbər lenti