Çingiz Qənizadə jurnalistin müdafiəsinə qalxdı: “Məmur dözümlü olmalıdır”

Çingiz Qənizadə jurnalistin müdafiəsinə qalxdı: “Məmur dözümlü olmalıdır” “Jurnalistin yazisina görə onu təhdid etmək, ona və ailə üzvlərinə qarşi nalayiq ifadələr işlətmək yolverilməzdir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiq Qənizadə bu fikirləri jurnalist Seymur Verdizadənin Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən təhqir olunmasına reaksiya verərkən bildirib.

Hazırda Ukrayna paytaxtında tədbirdə olan deputat Musavat.com-a açıqlamasında belə hərəkətləri qınayıb: “Biz hüquqi dövlətdə yaşayırıq və qanunlarimiz belə hərəkətləri qadağan edir. Mən Seymur Verdizadənin məlum yazisini oxumuşam və o yazıda qanunazidd heç bir sözə rast gəlməmişəm. Heç tənqid də belə yox idi. Öz fikirlərini şərh etmişdi. Hətta tənqid olmuş olsa belə, məmur dözümlü olmalıdır”-Ç.Qənizadə daha sonra əlavə edib.
Tarix: 29-11-2017, 17:49
Xəbəri paylaş





Xəbər lenti