Rəhbərlər işdən uzaqlaşdırılır, cərimələr yazılır - Palata hərəkətə keçib

Rəhbərlər işdən uzaqlaşdırılır, cərimələr yazılır - Palata hərəkətə keçib Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinə sanksiyaları artırmağa başlayıb

Son dövrlər avtomobillərin icbari sığortası üzrə sığorta şirkətləri bir-birilə rəqabət çərçivəsində endirimləri daha da artırıb. «İcbari sığortalar haqqında» Qanunun 12.4-cü maddəsinə əsasən, sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə, verilən komisyon muzdlara sərf edə bilər. Sığorta şirkətləri isə müştərilərə hətta 30%-ə qədər endirim təklif edirlər. Bu isə qanuna zidd olmaqla yanaşı, sığorta bazarını gözlənilməyən risklərlə üz-üzə qoyur.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin əvvəlindən etibarən sığorta endirimləri ilə bağlı yoxlamalara başlayıb və bir neçə dəfə sığorta şirkətlərinə qanunsuz endirimlərlə bağlı xəbərdarlıq edib. Bununla belə, sığortaçılar qanunsuz endirim etməkdə davam ediblər. MBNP bunu nəzərə alaraq artıq ciddi tədbirlər görməyə başlayıb.

Məlumata görə, sanksiyalar cərimə və şirkət rəhbərlərinin vəzifədən uzaqlaşdırılmasından ibarətdir. Qanunsuz sığorta endirimlərini davam etdirən bir neçə sığorta şirkətlərinin rəhbər şəxslərinin vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.

Məlumata görə, tətbiq edilən bu sanksiya qanunsuz endirimlərin qarşısını almaq üçün ən effektiv vasitədir.

Palitika.Az
Tarix: 29-11-2017, 23:25
Xəbəri paylaş





Xəbər lenti