“Ermənistan ordusu ağır böhran içindədir”

“Ermənistan ordusu ağır böhran içindədir”
“Baş verən istefa və qovulmalar bunun sübutudur”


Bu günlərdə Ermənistan ordusunda daha iki general istefaya göndərilib. Hansı ki, istefaya göndərilən generallardan biri Ermənistan SQ-nin baş qərargah rəisinin müavini postunda təmsil olunurdu.

Ermənistan ordusunda baş verən bu istefa və qovulmalar düşmən ordusundakı ağır böhranın təzahürir kimi dəyərləndirilə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev bunun bir reallıq olduğunu vurğuladı:

“Hesab edirəm ki, bu istefalar düşmən ordusundakı böhranın göstəricisi hesab oluna bilər. Son vaxtlar Ermənistan ordusunda baş verən hadisələr – intihar olayları, zorakılıqlar erməni ictimaiyyətində ciddi təlatümlərə səbəb olub. İstefaya göndərilən generallardan biri qərargah rəisinin müavinidir. Hansı ki, bu postda təmsil olunan şəxsin hərbi hissələrin idarə olunmasında çox böyük rolu var.
Son vaxtlar Ermənistan ordusunda generalların vaxtından əvvəl istefaya göndərilməsi sistemli hal alıb.
Ermənistan bildiyiniz kimi, KTMT-nin üzvüdür. Çox güman, KTMT də tələb edir ki, acınacaqlı vəziyyətə düşən Ermənistan ordusunda müəyyən qərarlar qəbul edilsin. Düşünürəm ki, həm Rusiyanın, həm də KTMT-nin təsiri bu cür qərarların alınmasında mühüm rol oynayır.
Ermənistan ordusu ağır böhran içindədir. Baş verən istefa və qovulmalar bunun sübutudur”.

Seymur Əliyev
Tarix: 30-11-2017, 20:50
Xəbəri paylaş





Xəbər lenti