Valideynlərə məhəl qoyulmadı, direktor işdən çıxarıldı

Valideynlərə məhəl qoyulmadı, direktor işdən çıxarıldı  F. Babayev buna qədər Bakının Xətai rayonundakı 95 saylı məktəbin direktoru olub
Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktoru dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, təhsil kompleksinin direktoru Qafar Hüseynov işdən azad olunub, onun yerinə Fuad Babayev təyin edilib. F. Babayev buna qədər Bakının Xətai rayonundakı 95 saylı məktəbin direktoru olub.


Təhsil Nazirliyindən bildirilib ki, Məktəb-Lisey Kompleksinin sabiq direktoru Hüseynov Qafar Möhsün oğlu ilə bağlanmış əmək müqaviləsi ərizəsi Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 15 noyabr 2017-ci il tarixdə ləğv edilib.

Qeyd edək ki, bir müddət əvvəl Məktəb Lisey Kompleksinin direktoru Qafar Hüseynovun vəzifəsindən azad olunması barədə məlumatlar yayılmışdı. Məktəbin bir qrup müəllimi və orada təhsil alan şagirdlərin valideynləri bununla bağlı etiraz aksiyası keçirmişdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Q. Hüseynovun səhhəti ilə bağlı işə çıxmadığını açıqlamışdı.


Tarix: 1-12-2017, 22:18
Xəbəri paylaş





Xəbər lenti