“Çeçen qızının erməniyə ərə getməsi bizim üçün biabırçılıqdır...”-Ramzan Kadırovdan qızıl kimi sözlər

“Çeçen qızının erməniyə ərə getməsi bizim üçün biabırçılıqdır...”-Ramzan Kadırovdan qızıl kimi sözlər Tanınmış çeçen müğənnisi Xeda Həmzətovanın erməniyə ərə getmək planı Çeçenistan prezidentinin bu məsələyə şəxsən müdaxilə etməsi nəticəsində baş tutmayıb.

Siam.az A24.az-a istinadla xəbər verir ki, sözügedən hadisə iki il bundan öncə baş verib. X.Həmzətova bir müddət itkin düşmüş sayılıb. Buna səbəb onun yüksək rütbəli bir çeçenə ərə getməkdən imtina etməsi olub.


“Çeçen qızının erməniyə ərə getməsi bizim üçün biabırçılıqdır...”-Ramzan Kadırovdan qızıl kimi sözlər
Daha sonra üzə çıxan xanım müğənni bir erməni kişi ilə evlənməyə hazırlaşıb. Lakin Ramzan Kadırov bundan xəbər tutaraq məsələyə şəxsən müdaxilə edib. Nəticədə toy təxirə salınıb.

Prezident Ramzan Kadırov hökumətin iclasında bu haqda danışıb: “Biz onun dalınca Ermənistana da getdik. Dedik ki, bir çeçen qızının, üstəlik Çeçenistanın əməkdar artistinin erməniyə ərə getməsi biabırçılıqdır. Çox adama tapşırıq vermişdim ki, Həmzətovanın dalınca gedib onu gətirsinlər. Valideynlərindən icazə aldıq və onu bura gətirdik”.

Son günlər yenidən gündəmə gələn məsələ ən çox ölkəmizdə rəğbətlə qarşılanıb və dəstəklənib.

Siam.az
Tarix: 4-12-2017, 16:53
Xəbəri paylaş





Xəbər lenti