Hacı Məmmədovun çəkdiyi şifrəli rəsm əsərləri - ÖLÜMÜNDƏN SONRA BU ŞƏKİLLƏRİN SİRRİNİ AÇAN OLACAQMI?

Hacı Məmmədovun çəkdiyi şifrəli rəsm əsərləri - ÖLÜMÜNDƏN SONRA BU ŞƏKİLLƏRİN SİRRİNİ AÇAN OLACAQMI?
Çoxsaylı cinayət əməlləri, qətllər törətdiyinə görə, ömrlük həbs cəzasına məhkum edilmiş, dünən isə həbsxanada intihar edən DİN-in sabiq yüksəkrütbəli vəzifəlisi Hacı Məmmədov 2014-cü ildə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri mərhum Elçin Behbudovla 4 foto mətbuata ötürmüşdü. Məmmədov bu əsərləri sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə çəkdiyini və məqsədin bəzi şəxslərə şifrəli mesaj çatdırmaq olduğunu demişdi.
Siam.az pressclub.az-a istinadla xəbər verir ki, həmin rəsmlərin arxasında onların çəkildiyi tarix qeyd olunub: Orada Hacı Məmmədov həm də onları Elçin Behbudova hədiyyə etdiyini yazıb. Özü ona deyib ki, onların hər birinin parolu, şifrəsi var. Lakin o, parolu Behbudova açmayıb. Nəzərə alaq ki, Elçin Behbudov Hacı Məmmədovla görüşən və hüquq mühafizə orqanı əməkdaşı olmayan yeganə şəxs olub. "MTN İşi" əməliyyatlarından sonra onun da ölümü müəmmalı ölümlər siyahısındadır. Hüquq müdafiəçisi Hacı Məmmədovla görüşə hazırlaşan ərəfədə qəfil dünyasını dəyişib. O, heç bir xəstəlikdən filan əziyyət çəkmirdi. Elçin Behbudov deyirdi ki, Hacı Məmmədovun bildirdiyinə görə, o, öz həyatından bəhs edən kitab da yazırdı. Ancaq kitabdan hələ ki, xəbər yoxdur. Onu da qeyd edim ki, ölümündən sonra Elçin Behbudovun "BET" ləqəbi ilə MTN-lə əməkdaşlıq etdiyi və agent olduğu ortaya çıxmışdı.

Hər fotonun açıqlamasında Elçin Behbudovun qeydlərini əlavə edirik:

Zəncirdə olan şir. Şirin zənciri bir qadının əlindədir. Ətrafda 5 ağ göyərçin uçuşur.
Hacı Məmmədovun çəkdiyi şifrəli rəsm əsərləri - ÖLÜMÜNDƏN SONRA BU ŞƏKİLLƏRİN SİRRİNİ AÇAN OLACAQMI?
Əlində silah olan cavan oğlan. Arxada məşhur "Biq Ben" saatı, "Jeep" maşını və yerə sərilmiş kişi meyiti. Oğlanın üzündə təbəssüm var. Əlinin şəhadət və orta barmağını yuxarı tutmaqla ya latınca "viktoriya" (qələbə) anlamını verən "V" işarəsini, ya da 2 rəqəmini göstərir.
Hacı Məmmədovun çəkdiyi şifrəli rəsm əsərləri - ÖLÜMÜNDƏN SONRA BU ŞƏKİLLƏRİN SİRRİNİ AÇAN OLACAQMI?
Böyük bir daşa söykənmiş bir qadın. Saçlarının rəngindən rus olduğu görünür. Qadının söykəndiyi daşın üstündə İsa Peyğəmbərin şəkli həkk olunub. Arxa fonda çəmənlikdə ağ at, başqa ölkəyə köç edən 3 durna, atın yanında isə kişi silueti, kölgə.
Hacı Məmmədovun çəkdiyi şifrəli rəsm əsərləri - ÖLÜMÜNDƏN SONRA BU ŞƏKİLLƏRİN SİRRİNİ AÇAN OLACAQMI?
Başında şlyapa olan orta yaşlı kişi, arxada ağaclar və yenə də "202 nömrəli "Jeep" və yerdə kişi meyiti.
Hacı Məmmədovun çəkdiyi şifrəli rəsm əsərləri - ÖLÜMÜNDƏN SONRA BU ŞƏKİLLƏRİN SİRRİNİ AÇAN OLACAQMI?
Tarix: 5-12-2017, 09:07
Xəbəri paylaş





Xəbər lenti