MTN generalı hökmə etiraz etdi

MTN generalı hökmə etiraz etdi
Ləğv edilmiş MTN-nin generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyev barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Siam.az "qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş "MTN-çi”lər onlar bəraət hökmü verilməsini və müsadirə edilən əmlaklarının özlərinə qaytarılmasını istəyiblər.


Bakı Hərbi Məhkəməsinin hökmü ilə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.
Tarix: 11-12-2017, 10:05
Xəbəri paylaş





Xəbər lenti