Fazil Məmmədovun MTN-ə bağlı “kassir” müşaviri yola salınır - Müdhiş dosye...

Fazil Məmmədovun MTN-ə bağlı “kassir” müşaviri yola salınır - Müdhiş dosye...
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədov üçün geri sayım başlayıb

Palitika.Az-a verilən xəbərə görə, vergilər nazirinin büdcə məsələləri üzrə müşaviri vəzifəsini də daşıyan H.Məmmədovun vəzifəsindən azad olunacağı gözlənilir.


Mikayıl Cabbarovun Fazil Məmmədovun dövründə karyera yüksəlişi yaşamış departament direktoru ilə işləmək istəmədiyi vurğulanır.

Buna səbəb həm keçmiş nazirin adamı olması, həm də adının MTN işində keçməsidir. Məlumata görə, “mahmudovçu”lara sahibkarları “ov”lamaqda Vergilər Nazirliyində çalışan yüksək vəzifə daşıyan şəxslər dəstək verib.

Onlardan biri, Vergilər Nazirliyinin idarə rəisi, 3-cü dərəcəli dövlət dövlət ədliyyə müşaviri Vidadi Məmmədov bir qədər əvvəl vəzifədən çıxarılaraq “MTN işi” ilə bağlı Baş Porokurorluğun başladığı istintaqa cəlb edilib.

Mətbuatda yayılan xəbərlərdə bildirilir ki, Vergilər Nazirliyində yüksək post tutan, vaxtilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi vəzifəsində çalışmış Habil Məmmədovun da MTN-dəki İdarə rəisləri ilə, xüsusilə Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyevlə sıx əlaqəsi olub.

F.Əliyev istədiyi vaxt H.Əliyevin rəisi olduğu Vergi Auditi Departamentinə heç bir maneə olmadan daxil ola bilirmiş. Belə bir toxunmazlıq bu günün özündə belə Vergilər Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərə şamil olunur.

Maraqlıdır ki, F.Əliyevin H.Məmmədovla sıx əlaqədə olduğu günlərdə iri sahibkarlar MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb, orada var-dövlətləri, milyonları əllərindən alınıb.

H.Məmmədovun kolleqası Vidadi Məmmədov “MTN işi” üzrə istintaqa cəlb olunanda belə xəbərlər vardı ki, o, sahibkarlar haqda məlumatları “mahmudovçu”lara ötürüb.

Palitika.Az xəbər verir ki, bu reputasiyaya malik məmuun yeni vergilər naziri tərəfindən vəzifədə saxlanacağı gözlənilmir.

Gedən yazılara görə, Habil Məmmədov keçmiş MTN sədri Eldar Mahmudovun yolu ilə gedərək sahibkarları "tas”a otuzdurmaq qərarına gəlib, ona tabe olmayanları isə müxtəlif yollarla hədələyib.

Vergilər Nazirliyinin bütün işlərini idarə edən və Fazil Məmmədovun "pulyığanı” hesab edilən Məmmədovdan narazılıq pik həddə çatıb.

Görünən odur ki, dövlət başçısı, "sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır”, sözləri Vergilər Nazirliyində olduğu kimi yozulmir.

Prezidentin bir çox dövlət qurumları, o cümlədən Vergilər Nazirliyi qarşısında qoyduğu vəzifələr bir çox məmurlar tərəfindən göz ardına alınır.

Yəni, prezidentin əlaqədar qurumların qarşısına qoyduğu vəzivə və tələb çox aydın idi. prezident açıq mətnlə deyib ki, sahibkarlardan rüşvət və ümumilikdə heç bir haqq tələb edilməməlidir.

Həmçinin Habil Məmmədovun əmri ilə sahibkarların şəxsi vərəqlərindən külli miqdarda pul silinib. Eyni zamanda bu yaxınlarda "kamerallar”ın tətbiqi gözlənilir.

Bu qanunsuz işdə Habil Məmmədova Nəsimi Cəfərov, Sənaye və tikinti materiallarının pərakəndə satışı üzrə audit idarəsinin rəisi Vüqar Rzayev, Digər pərakəndə ticarət sahəsi üzrə audit idarəsinin rəisi Emil Xanməmmədov yaxından yardım edib.

Onlar market sahiblərinə qoyulan "tas”ın vaxtı-vaxtında çatmasına nəzarət edirlər, əks halda isə sahibkarların şəxsi vərəqlərindən pulları silib, gəlirlərini təmin edirlər.
Tarix: 12-12-2017, 08:55
Xəbəri paylaş





Xəbər lenti