Serj Sarkisyan: "Rusiya Qarabağ üzrə yeni heç nə təklif etmir"

Serj Sarkisyan: "Rusiya Qarabağ üzrə yeni heç nə təklif etmir" "Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiona səfərləri zamanı heç bir konseptual təkliflə çıxış etməyib".

Virtualaz.org bildirir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan “Armeniya” telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışarkən bildirib.


“Ümumiyyətlə yeni təkliflər olmayıb. Ermənistan-Rusiya əlaqələrinin gündəliyi o qədər zəngindir ki, səfərlər zamanı müzakirələr yalnız Dağlıq Qarabağ məsələsi ilə məhdudlaşmır. Rusiya XİN rəhbəri əmindir ki, münaqişənin həlli yalnız ATƏT-in Minsk qrupunun patronajlığı ilə mümkündür”, - deyə Sarkisyan vurğulayıb.

Münaqişənin həlli ilə bağlı şəxsi düşüncələri barədə sualı cavablandıran Ermənistan prezidenti vurğulayıb ki, bunun üçün təmas xəttində sülh olmalı, qurbanlar olmamalıdır: “Bu, müəyyən atmosfer, inam yaradacaq. Əgər razılaşmalar yerinə yetirilmirsə, onda şübhə qurdu hərəkət etməyə başlayır, inamsızlıq atmosferi dərinləşir”.

S.Sarkisyan həmçinin təmas xəttində yeni hərbi texnikanın yerləşdirilməsi haqda danışıb.
Tarix: 15-12-2017, 22:18
Xəbəri paylaş





Xəbər lenti