"Odlar Yurdu" Milli Mükafatı 2017 təsis olundu

"Odlar Yurdu" Milli Mükafatı 2017 təsis olundu






Tonika Group MMC nin təşkilatçılığı ilə "Odlar Yurdu" Milli Mükafatı - 2017 təsis olundu. Yanvar ayının 16-sı "Hyatt Regency" Baku Hotelin İclas və Konfrans zalında keçiriləcək tədbirdə Şou Biznes nümayəndələri, (Müğənnilər, rəqqas və rəqqasələr, Rejissorlar, Aktyorlar və s.) o cümlədən şou bizneslə əlaqəsi olan böyük iş yerləri (mağazalar, biznes mərkəzləri, brendlər, markalar və s.) və iş adamlarının mükafatlandırma mərasimi baş tutacaq.
Tonika Group MMC nin təsisçisi və direktoru Nicat Həsənzadə Siam.az saytına verdiyi məlumatında qeyd edib ki, mükafat, Tonika Group MMC nin idarə heyətinin, təşkilat komitəsinin, və nəzarət təftiş komissiyasının araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunacaq.
Kristal formasında olan mükafatlar, digərlərindən, xüsusi seriyaları və şəxsi passportları ( mükafat tanınma vərərqəsi ) ilə fərqlənir.
Siam.az
Tarix: 24-12-2017, 16:44
Xəbəri paylaş





Xəbər lenti